Ermənistanın Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıması və bu prinsipin əksini tapdığı sülh sazişinin imzalanması ehtimalı İrəvandakı revanşist siyasilərə rahatlıq vermir.
Ermənistanın keçmiş «Qarabağ klanı»nın üzvü, keçmiş xarici işlər nraziri Vardan Oskanyan yenidən danışıqlar prosesi barədə «fikirləri»ni səsləndirib. Əslində bu fikirlərdə müəyyən həqiqət də var.
“Paşinyan Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan sənədi imzalayan kimi, daha heç bir öz müqəddəratını təyin etməkdən söhbət gedə bilməz. Dağlıq Qarabağda insanlar Azərbaycan vətəndaşı olacaq, Dağlıq Qarabağ Cavaxka çevriləcək, sonra isə çox sürətlə Naxçıvana”, - eks-nazir proqnozlaşdırıb.
O, Paşinyanı Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqdan imtina etməyə və Ermənistanın «öz müqəddəratını təyinetmənin qarantı olması mövqeyinə qayıtmağa və danışıqlarda gündəmi özü dəyişməyə» çalışmağa çağırıb.